Məxfilik Siyasəti

Mhero.az veb-saytın yaradılmasının məqsədi fiziki və hüquqi şəxslərə (istifadəçilərə) Şirkətin fəaliyyəti barədə lazımi məlumatların verilməsi və «SCM Motors» MMC tərəfindən təqdim olunan məhsul və xidmətlər barədə məlumatlandırılmasıdır. Saytda olan məlumatlar əsasən informasiya xarakteri daşıyır.
Saytda olan bütün məlumatlar «SCM Motors» MMC-nin mülkiyyətidir və müəllif hüququ məsələlərini tənzimləyən qüvvədə olan qanunvericiliklə qorunur. Bununla əlaqədar saytın məzmunundan istifadə qadağandır. Şirkət sayta hər hansı dəyişikliklərin daxil edilməsi, həmçinin onun məzmunun yenidən hasil olunmasına yol vermir.
Şirkət təqdim etdiyiniz fərdi məlumatlara icazəsiz girişdən müdafiə sisteminin təkmilləşdirilməsi məqsədilə Məxfilik siyasətini istənilən vaxt dəyişdirmək hüququnu özündə saxlayır.

Biz hansı məlumatı toplayır, onu necə, nə zaman toplayır və necə istifadə edirik:

Şirkət haqqınızda şəxsi məlumatları (fərdi məlumatları) onları Şirkətin mağazalarında hər təqdim etdiyinizdə, saytda göstərdiyinizdə, elektron poçtla göndərdiyinizdə və ya şəxsən verdiyinizdə toplayır. Şirkətə fərdi məlumatlarınızı ötürərək Siz aşağıda göstərilən şərtlərlə razılaşırsınız. Qüvvədə olan qanunvericilik və «SCM Motors» MMC-nin fərdi məlumatların mühafizəsi barədə Siyasətinə uyğun olaraq Siz onları istənilən vaxt dəyişə, yeniləyə və ya silinməsini istəyə bilərsiniz.

Bizim zəmanətimiz:

«SCM Motors» MMC-nin istifadəçilərinin məxfilik məsələsinə məsuliyyətlə yanaşır və saytın hər bir istifadəçisinin məxfilik hüququna hörmətlə yanaşır. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində nəzərdə tutulan hallar istisna olmaqla, Şirkət Sizdən alınan məlumatların heç vaxt və heç bir halda üçüncü şəxslərə açıqlamayacağına zəmanət verir. Şirkət Sizin ötürdüyünüz məlumatların qüvvədə olan qanunvericiliyə uyğun olaraq emal olunacağına zəmanət verir.

Dəyişikliklər və yeniləmələr:

Şirkət istənilən vaxt öz mülahizəsi ilə saytda lazımi dəyişikliklər etmək, onun istənilən hissələrini dəyişdirmək və ya silmək və sayta girişi məhdudlaşdırmaq hüququnu özündə saxlayır.
Şirkət həmçinin Sizin təqdim etdiyiniz fərdi məlumatlara icazəsiz girişdən müdafiə sisteminin təkmilləşdirilməsi məqsədilə məxfilik siyasətini istənilən vaxt dəyişdirmək hüququnu özündə saxlayır.